Tramp Netanyahu34 900x653 1

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən qəsdən yayınır, çünki onu görmək istəmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) nəşri ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Tramp İsrailin baş nazirindən narazıdır və vaxtaşırı köməkçilərinə Netanyahu ilə nə danışmaq, nə də görüşmək istədiyini bildirir:

“İsrail rəsmiləri Tramp və Netanyahu arasında görüş təşkil etməyə çalışırlar. İlkin məlumata görə, Netanyahu gələn həftə senator Lindsi Qremin vida mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər. Lakin bu səfər hələlik təsdiqlənməyib”.

İyul ayında Axios portalı yazmışdı ki, Tramp Vaşinqtonun Türkiyəyə F-35 qırıcılarının verilməsi ehtimalını Netanyahunun tənqid etməsindən sonra ona ciddi şəkildə qəzəblənib.

Bundan əvvəl isə KİV Trampın İsraildən qoşunlarını iki ölkənin ərazisindən çıxarmağı xahiş etdiyi barədə məlumat yaymışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: