1752644022 1710248096104488456065f050a0243c3

ABŞ-da ölüm hökmünün bərpası müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, respublikaçı konqresmen Nensi Meys ABŞ paytaxtı Vaşinqtonda yerləşən Kolumbiya dairəsində ölüm hökmünün yenidən tətbiq olunmasını təklif edib.

Meys bununla bağlı qanunvericilik təşəbbüsünü Konqresə təqdim etməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, ölüm cəzası yalnız ən ağır cinayətlərə görə tətbiq edilməlidir.

Təklifə qəsdən adam öldürmə, terror aktları, hüquq-mühafizə və təcili yardım əməkdaşlarının öldürülməsi, uşaqlara qarşı cinsi zorakılıq nəticəsində ölüm halları, həmçinin yetkinlik yaşına çatmayanlara narkotik satışı ilə əlaqəli ölümlər daxil edilib.

Konqresmen bildirib ki, təşəbbüsün əsas məqsədi Kolumbiya dairəsinə müstəsna və ağır cinayətlər zamanı ölüm hökmündən istifadə etmək imkanını geri qaytarmaqdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: