XKUpNpyFDRaEHuXAyw1NaHLmABWlCXa5wd3X8vb9

ABŞ Konqresinin (Kapitoli) binasına hücumla bağlı həbs cəzası çəkmiş Ağ Evin keçmiş müşaviri Piter Navarro Donald Trampın yeni administrasiyasında yer alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özü məlumat verib.

Bildirilir ki, Trampın ilk prezidentlik dövründə ticarət müşaviri kimi çalışmış Navarro bu dəfə ticarət və istehsal üzrə baş məsləhətçi olacaq.

Bu jest ona Ağ Evdəki geniş təcrübəsinə, eləcə də siyasi təhlil və media əlaqələri sahəsindəki bacarıqlarına görə edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: