ABŞ Prezidenti Donald Trampın dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı sərəncamında Azərbaycana da yer alıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan üçün minimal – 10 faiz gömrük rüsumu təyin edilib.
***
ABŞ Prezidenti Donald Tramp ölkəyə avtomobil və ehtiyat hissələrinin idxalına 3 aprel tarixindən etibarən 25 faizlik gömrük rüsumlarının tətbiq olunmasını izah edərək, ABŞ-ın digər ölkələr qarşısında uzun müddət “kapitulyasiya etdiyini” bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri media qarşısında çıxışı zamanı danışıb.
“Mən digər ölkələri günahlandırmıram. Mən keçmiş ABŞ prezidentlərini günahlandırıram ki, bu fəlakətli iqtisadi disbalansa yol veriblər. Biz onların büdcə kəsirlərini qarşıladıq, ordularını maliyyələşdirdik və bütün dünyaya qayğı göstərdik. Bu artıq bitir”, – Ağ Ev rəhbəri deyib.
Trampın sözlərinə görə, yeni tariflər ABŞ iqtisadiyyatının böyüməsinə səbəb olacaq. O, eyni zamanda beynəlxalq şirkətlər üçün bir çıxış yolu təklif edib: “Əgər tarif dərəcənizin sıfır olmasını istəyirsinizsə, məhsulunuzu elə burada – Amerikada istehsal edin”.
***
23:35 (2 aprel)
Tramp avtomobil və ehtiyat hissələrinin idxalına 25 faizlik rüsum tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp 3 apreldən etibarən ölkəyə idxal olunan avtomobillər və onların ehtiyat hissələrinə 25 faizlik gömrük rüsumu tətbiq edən fərman imzalayıb. Bu qərar xarici avtomobil istehsalçılarına, o cümlədən Avropa, Asiya və digər bölgələrdən olan şirkətlərə ciddi təsir göstərə bilər.
Tramp qərarı imzalayarkən bildirib ki, bu addım ABŞ-ın milli təhlükəsizliyini qorumaq və yerli avtomobil sənayesini dəstəkləmək məqsədilə atılıb. O, xarici avtomobillərin ABŞ bazarında üstünlük qazanmasının ölkənin sənaye sektoruna zərbə vurduğunu və iş yerlərinin azalmasına səbəb olduğunu qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az