dron moskva

Ukrayna Silahlı Qüvvələrinin Moskvanı dronlarla hədəf alma cəhdi son iki ilin ən böyük hücumlarından biri olub.

Globalinfo.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyani danışıb.

Merin məlumatına görə, oktyabrın 5-i saat 20:30-dan oktyabrın 6-sı saat 05:00-dək Moskva vilayəti istiqamətində ümumilikdə 650 Ukrayna dronu uçub.

“105 pilotsuz uçuş aparatı Moskva istiqamətində yaxınlaşarkən məhv edilib”, – Sobyanin bildirib.

Qeyd edək ki, paytaxta ən kütləvi hücum sentyabrın 20-nə keçən gecə baş verib. Sobyanin həmin vaxt hava hücumundan müdafiə qüvvələrinin 1,6 mindən çox dronu ələ keçirdiyini, onlardan 450-nin şəhərə yaxınlaşarkən vurulduğunu açıqlamışdı.

Həmin vaxt bir neçə dron Moskva Neft Emalı Zavodunun ərazisinə çatmış, onlardan biri isə yaşayış binasına düşmüşdü.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: