tramphy qnnadatel e irani vera n363510 1

“İranda müharibə həm ABŞ, həm də ölkə prezidenti Donald Tramp üçün lənətə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya siyasəti və KİV-lərlə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov “Telegram” kanalında yazıb.

Senatorun sözlərinə görə, “Brent” markalı neftin qiyməti müəyyən qədər ucuzlaşdıqdan sonra yenidən bir barel üçün 100 dolları ötüb.

Bu isə Trampın Hörmüz boğazına nəzarətin ABŞ-da olması ilə bağlı açıqlamalarına baxmayaraq baş verib.

“Beləliklə, Trampın ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyi və oradan neftin demək olar ki, maneəsiz keçdiyi barədə dedikləri ən mühüm arqument – neftin qiyməti və dünya neft bazarındakı vəziyyətlə təkzib olunur”, – Puşkov yazıb.

Qeyd edək ki, ABŞ liderinin sözlərinə görə, sentyabrın sonunda Hörmüz boğazından İranla münaqişə tarixində rekord həcmdə neft daşınıb.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, sutka ərzində Hörmüz boğazından təxminən 13 milyon barel neft keçir. ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, son günlərdən birində boğazdan 20 milyon bareldən çox neft keçib. Bu göstərici münaqişədən əvvəlki səviyyəyə yaxınlaşıb.

Xatırladaq ki, Tramp daha əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: