Tramp HƏMAS-ı ABŞ-a hörmətsizlikdə ittiham etdi

“HƏMAS yaraqlıları tərəfindən azad edilən girovlar arasında amerikalıların olmaması ABŞ-a hörmətsizlikdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp deyib.

“Azad edilmiş girovlar arasında bircə amerikalının olmaması təəssüfləndiricidir. Bunun bir səbəbi var – nə ölkəmizə, nə də xalqımıza hörmət edilir”, – Tramp bildirib.

Safura Bənnayeva
Globalinfo.az