ABŞ Kubaya Rusiya neftini almağı qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“ABŞ Maliyyə Nazirliyi Kubanı Rusiya neft və neft məhsullarının satışı, daşınması və ya endirilməsi qadağan olunmuş ölkələr siyahısına əlavə edib. Sənəddə siyahıya İran, Şimali Koreya və Krım da olmaqla Rusiyanın yeni bölgələrinin də daxil olduğu göstərilir”, – deyə bildirilib.
Qeyd olunub ki, Kuba ciddi yanacaq çatışmazlığı ilə üzləşir:
“Ölkə 9 yanvardan bəri heç bir neft tədarükü almayıb: sonuncu tədarük Meksika tərəfindən həyata keçirilib, lakin Vaşinqtonun təzyiqi nəticəsində tədarük dayandırılıb.
Qeyd edək ki, martın 17-də Prezident Donald Tramp ABŞ-ın Kuba ilə bağlı çox tezliklə “nəsə” edəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az