Tovuzda qızdırıcı partladı: xəsarət alan var

Tovuzda evin hamamında qızdırıcı partlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.