tvz

Fövqəladə Hallart Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.

Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***16:33

Bu gün Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində çilingər sexində baş verən partlayış zamanı xəsarət alanların adları məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, xəsarət alanlar Tovuz sakini 1992-ci il təvəllüdlü Rasim Rüstəmov Sahib oglu və Tovuz Bozalqanlı kənd sakini 1966-cı il təvəllüdlü Ələddin Quliyev İsrafil ogludur.

X X X

Tovuzda partlayış olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO

Paylaş: