“Kəpəz” “Sabah”a məğlub oldu

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində “Kəpəz” “Sabah”la üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə uduzub.

Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb.

“Sarı-göylər”in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib – 1:2.

Qeyd edək ki, tura “Araz-Naxçıvan” – Səbail” görüşü ilə yekun vurulacaq.