eudzhen tomak 1

Rumıniyada hökumət rəhbərliyində dəyişiklik baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Radio Romania International” məlumat yayıb.

Bildirilib ki, Prezident Nicuşor Dan keçmiş baş nazir Eugen Tomakın vəzifəsindən istefa verdiyini elan edib:

“Yeni baş nazir vəzifəsinə Adrian Veștea təyin olunub. O, əvvəlki dövrlərdə müxtəlif inzibati vəzifələrdə çalışıb, həmçinin yerli idarəetmə strukturlarında və inkişaf naziri postunda fəaliyyət göstərib”

Dövlət başçısı Veșteanı Qərb yönümlü, idarəetmə təcrübəsinə malik və dialoqa açıq bir şəxs kimi xarakterizə edib.

“Ümid edirəm ki, o, vəzifənin öhdəsindən uğurla gələcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: