Qazaxıstan hökuməti istefaya göndərildi

Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev hökumətin istefası ilə bağlı fərman imzalayıb. 

Globalinfo.az xəbər verir ki, fərmana əsasən hökumət istefaya göndərilib.

Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq baş nazirin birinci müavini Roman Sklyara həvalə edilib.

Fərmanda qeyd olunur ki, hökumət üzvləri yeni tərkib təsdiq olunana qədər öz vəzifələrini yerinə yetirməkdə davam edəcəklər.

Əliyar Xəlil
Globalinfo.az