Çin Hava Yollarına məxsus təyyarədə uçuş zamanı yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, sərnişin təyyarəsində telefon şarjı cihazının yandığı bildirilir.
Hadisə yerdən 10 kilometr yüksəklikdə baş verib. Sözügedən təyyarənin Seula uçuş həyata keçirdiyi açıqlanıb. Cihaz baqaj bölməsində alışıb, tüstü bütün salona yayılıb.
Nəticədə təyyarə yaxınlıqdakı hava limanına təcili eniş edib. Yanğına vaxtında müdaxilə olunub. Zərərçəkən yoxdur.
Əliyar Xəlil
Globalinfo.az