“Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zeylyonı Şlyax kəndi ərazisində təslim olan doqquz ukraynalı əsgəri güllələyib”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin dron operatorları arxa cəbhədə olduqlarına inanaraq mövqe tutsalar da, rus qırıcıları ilə döyüşə getməyə məcbur olublar. Ukraynalıların döyüş sursatı tükəndikdə təslim olublar və sonra güllələniblər. Bunun ardınca Ukrayna əsgərlərinin cəsədlərini əks etdirdiyi iddia edilən aeroşəkillər dərc edilib.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Ukrayna Silahlı Qüvvələri tərəfindən hərbi əsirlərin mümkün edamını “Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyası”nın kobud şəkildə pozulması adlandırıb. Bildirib ki, hadisə ilə bağlı BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məktublar göndərilib.
“Bu hərəkətlər cəzasız qalmamalıdır və düşmən bütün məsuliyyəti öz üzərinə götürməlidir”, – Ukrayna ombudsmanı teleqram kanalında yazıb.