Tərtərdə subarteziyan quyularının kabelləri oğurlandı

Tərtərin Poladlı və Mamırlı kəndlərində son 10 gündə 3 subartezian quyusunun kabelləri oğurlanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, kabeli kəsilən quyular rayonun Poladlı kəndindəki 09 311, Mamırlı kəndindəki 09 337 və 09 889 nömrəli quyulardır.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsinə məlumat verilib.