Tərtərdə minaya düşənlər ərazidən çıxarıldı: Ölənlər var – VİDEO/YENİLƏNİB

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, meyitlər Tərtər morquna verilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

***

Tərtərdə üç nəfər minaya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

***

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı ci i təvəllüdlü Fərid Sədiyevdir.

***

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Bu barədə Globalinfo.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə,  istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.