Martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib.
Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.
Qeyd edilib ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:21
Tərtərdə iki avtomobil toqquşub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Cəsarət Abşıovun idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə 2003-cü il təvəllüdlü Emil Ağayevin idarə etdiyi “VAZ 21 011” markalı avtomobil toqquşub. Daha sonra “VAZ 21 07” markalı avtomobil yolun kənarındakı boruya çırpılıb.
Nəticədə Cəsarət Abışov hadisə yerində ölüb, sərnişin 2003-cü il təvəllüdlü Ümüd Xıdırov və “VAZ 21 011” markalı avtomobilin sürücüsü Emil Ağayev xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.