Tərtərdə 3 nəfərin həyatını itirdiyi yerdən görüntülər – FOTOLAR

Ötən gün Tərtərin Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həyatını itirmişdi.

Globalinfo.az xəbər verir ki, “Caliber” partlayış baş verən ərazidən görüntülər yayıb.

Qeyd edək ki, hadisə nəticəsində “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub.