Tərtər məktəbində ağlasığmaz olay: iki şagird… – YENİLƏNDİ

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***15:37

Tərtərdə məktəblilər evlənmək məqsədilə qoşulub qaçıb.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, rayonunun Köçərli kəndində X sinif şagirdi olan oğlan həmkəndlisi, eyni məktəbin IX sinif şagirdini qaçırıb.

Hüquq-mühafizə orqanlarından faktı təsdiq ediblər.

Qeyd olunub ki, hər iki nəfərin yetkinlik yaşına çatmamış olduğu üçün onların kimliyini açıqlanmır.