intihar bina qiz

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

    Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

    Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

    Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

    Paylaş: