
Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qüvvələri İsrailin Ben-Qurion hava limanına hipersəs sürətli ballistik raketlə hücum etdiklərini açıqlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Sariə məlumat verib.
Sariənin çıxışı üsyançılara bağlı “Al Masirah” telekanalı vasitəsilə yayımlanıb.
Hazırda İsrail rəsmilərindən bu zərbə ilə bağlı rəsmi açıqlama verilməyib. Hücumun nəticələri və mümkün dağıntılarla bağlı dəqiq informasiya yoxdur.
Aysel Əliyeva
Globalinfo.az