pasinyan nilo

ErmənistanTürkiyə dəmir yolu əlaqəsinin mümkün qədər tez açılmasına ümid edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir qeyd edib ki, “TRIPP” layihəsi çərçivəsində ölkənin nəqliyyat imkanları əhəmiyyətli dərəcədə genişlənə bilər:

“Bu dövrdə Ermənistan yeni tranzit imkanları da əldə edib. Axalkalaki–Qars dəmir yolu xəttinin hər iki istiqamətdə fəaliyyəti ilə bağlı heç bir problem yoxdur.

Məsələ ilə bağlı Gürcüstanın baş naziri ilə danışıb müsbət cavab almışıq. Həmçinin Türkiyə Prezidenti ilə aparılan müzakirələrdə də bu marşrutların açıq olduğu təsdiqlənib”.

Safura Bənnayeva 
Globalinfo.az

Paylaş: