trampp

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Vaşinqtonun xüsusi nümayəndəsi Stiv Uitkof arasında Moskvadakı görüşün uzun çəkməsinə təəccüblənib.

Globalinfo.az xəbər verir ki, o bu barədə İsrail parlamentində çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, o, Uitkofu Moskvaya göndərəndə düşünürdü ki, Putinlə görüş maksimum 15-20 dəqiqə davam edəcək. Lakin görüş başlayandan bir saat sonra Tramp Uitkofa zəng edib. Sonra üç saat və dörd saat keçəndə də təkrar əlaqə saxlayıb. Bütün bu müddət ərzində Uitkof Putinlə danışıb.

“Onun Putinlə görüşü beş saat çəkdi. Mən soruşdum: axı siz beş saat ərzində nəyi müzakirə etdiniz? O isə cavab verdi ki, çox maraqlı mövzulardan danışıblar… Amma bu, bir istedaddır”, – Tramp qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: