SON DƏQİQƏ! Vasif Talıbov istefa verdi

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

***11:55

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul olunub.

Globalinfo.az bildirir ki, bu barədə hüquqşünas Mehman Muradlı məlumat yayıb.

Naxçıvanlı jurnalist Heydər Oğuz isə qeyd edib ki, bu gün Vasif Talıbovun vəzifədə sonuncu günüdür.

Saytımız məlumatın doğruluğunu dəqiqləşdirməyə çalışır.

Xatırladaq ki, bu gün Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirildiyi bildirilib.

Zaira Akifqızı
Globalinfo.az