“Tavuşun kəndləri Ermənistan xəritəsində yoxdur” – Paşinyan

“Azərbaycanın qeyd etdiyi kəndlərin adları heç vaxt Ermənistan xəritəsində olmayıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bağanıs Ayrım, Aşağı Əskpara, Xeyrimli və Qızılhacılı kəndləri heç vaxt Ermənistan SSR-in tərkibində olmayıb. Müxalifətin bu gün qaldırdığı problem Tavuşun 4 kəndi deyil, hakimiyyətlə bağlıdır”, – Paşinyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az