Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiya qarşısında ifadə vermək istəyir.
Globalinfo.az xəbər verir ki, o, könüllü şəkildə komissiyanın qarşısına çıxmaq qərarına gəldiyini bildirib.
“2022-ci ildə bu komissiyanın fəaliyyətinə dair şübhələrimin olduğunu bildirmişdim. Amma indi bu qurumun qarşısına çıxaraq suallara cavab vermək qərarına gəldim”, – Tonoyan qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az