p%C9%99hl%C9%99vi 900x506 1

İranın keçmiş şahının oğlu Rza Pəhləvinin sosial şəbəkə paylaşımı diqqət çəkib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, İranın yüksək vəzifəli şəxslərindən olan Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani daxil olmaqla bir sıra şəxslər öz əməllərinə görə ədalətli cəza alıblar.

Onun sözlərinə görə, “bu şəxslər amansız qətllərə görə məsuliyyət daşıyırdılar” və baş verənlər İranda həlak olanların ailələrinə müəyyən təsəlli kimi dəyərləndirilə bilər.

Rza Pəhləvi eyni zamanda İranın təhlükəsizlik qüvvələrinə də müraciət edərək onları silahı yerə qoymağa və qarşı tərəfə keçməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: