Tanınmış iş adamının biznesmen oğlu faciəvi şəkildə öldü – VİDEO

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən Sarısu gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Elşad Şükür oğlu Astanov Sarısu gölündə ov edən zaman qayıq aşıb. Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Unikal.az-ın məlumatına görə, göldə boğulan şəxs Elşad Astanov azərbaycanlı iş adamı, “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin keçmiş rəisi, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri olan Şükür Astanovun oğludur.

Qeyd edək ki, biznesmen kimi fəaliyyət göstərən Elşad Astanov “Orion-E” MMC-nin təsisçisi olub. O, 2 gün əvvəl doğum gününü qeyd edib.

Faktla bağlı araşdırma aparılır.