Tanınmış futbolçu zəlzələdə həlak oldu

Türkiyədə baş verən zəlzələ zamanı qanalı futbolçu Kristian Atsu həlak olub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə fotbolçunun meneceri Murat Uzunmehmet məlumat verib.

“Hatayspor”un futbolçusunun cansız bədəni dağıntılar altından çıxarılıb.

Futbolçu 12 gündür ki, dağıntılar altında idi.