Talibandan müsəlmanlara çağırış: O ölkə ilə əlaqəni kəsin!

Əfqanıstanda siyasi hakimiyyətə gələn Taliban hərəkatı İsveç dövləti ilə bütün əlaqələrin dayandırıldığını bəyan edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Taliban rəhbərliyi qərarın iyunun 28-də Stokholmun mərkəzində müqəddəs Quran kitabının yandırılması ilə əlaqədar qəbul edildiyini vurğulayıb.

Talibanın yaydığı bəyannamədə digər ölkələrdən, xüsusən də islam ölkələrindən İsveçlə qarşılıqlı əlaqələrə yenidən baxmaq xahiş olunur.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Medboryarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə xüsusən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ciddi etirazlarla qarşılanıb.