“Ukrayna Krıma hücuma başlaya bilməyəcək, çünki bu cəhd Kiyev üçün faciəvi şəkildə başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Dmitri Belik deyib.
“Ukrayna artıq üç ildir ki, Krımı işğal etməyə çalışır və bu, heç vaxt baş verməyib. Bu dəfə də istisna olmayacaq”, – o vurğulayıb.
Belikin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regiona hücuma başlasa, onları ağır aqibət gözləyir.
Əliyar Xəlil
Globalinfo.az