Suriyalı Türkiyədə dəhşət saçdı: ölən və yaralananlar var

Türkiyədə əcnəbi şəxs beş nəfəri qətlə yetirib, iki nəfəri yaralayıb. Qətli törətməkdə şübhəli bilinən şəxs daha sonra hadisə yerindən qaçaraq intihar edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.

Məlumata görə, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

Şahidlərin sözlərinə görə, psixoloji problemləri olan Mustafa H. adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, daha sonra evdə dörd nəfəri tapança ilə atəş açaraq öldürüb. Evə edilən hücumda iki nəfər yaralanıb.