İsrailin baş naziri Benyamin Netanyahu Suriyada vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə telefonla məsləhətləşmələri aparacaq.
Globalinfo.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bu arada ABŞ prezidenti Donald Trampın administrasiyası İsraildən Suriya ərazisinə hava hücumlarını dayandırmağı xahiş edib.
“Axios” nəşrinin jurnalisti Barak Ravidin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, müvafiq sorğu iyulun 16-da göndərilib.
“Tramp administrasiyası yenidən İsraildən Suriyaya zərbələri dayandırmağı və gərginliyi azaltmaq üçün Dəməşq hakimiyyəti ilə dialoqa başlamağı xahiş etdi”, – Ravid X sosial şəbəkəsində yazıb.
Suriya dövlət agentliyi SANA-nın məlumatına görə, atəşkəslə bağlı razılıq əldə olunub.
Əliyar Xəlil