xestexana 1

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Globalinfo.az-ın xəbərinə görə, “Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş: