Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı – VİDEO

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.

Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub. E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.