Picture background

ABŞ Prezidenti Donald Tramp Kubada hakimiyyət dəyişikliyinin yaxın iki il yarım ərzində baş verə biləcəyini bildirib. O, bu prosesdə Venesuela ssenarisinin təkrarlanmasının mümkünlüyünü də istisna etməyib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə amerikalı mühafizəkar jurnalist Benni Consona müsahibəsində danışıb.

Jurnalist ABŞ prezidentindən Kubanın hazırkı rəhbərliyinin nə qədər müddət hakimiyyətdə qala biləcəyini soruşub.

“Deyərdim ki, bu, çox çəkməyəcək. Baxın, bu, uğursuz bir ölkədir. Xalqı çox tezliklə geri qaytaracağıq. Venesuela ilə nə etdiyimizə baxın və orada işlər çox yaxşı gedəcək. Əvvəlcə orada işi bitirəcəyik, sonra bəlkə də başqa bir şeyə keçəcəyik. Amma Venesuela ilə işlər əla getdi. İndi isə İran adlı bir ölkə üzərində işləyirik, onu nüvəsizləşdiririk”, – deyə Tramp cavab verib.

ABŞ lideri Kubadakı vəziyyəti diqqətlə izlədiklərini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio bu məsələ ilə xüsusi məşğul olur.

“Marko Rubio bunun üzərində çox diqqətlə işləyir. Onun valideynləri Kubadandır. İki il yarımdan sonra bunu, əslində, daha tez, mütləq başa çatdıracağıq”, – deyə Tramp bildirib.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: