Sumqayıtda köhnə zavodda yanğın başlayıb

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.