Anasının imtina etdiyi körpənin ölüm səbəbi açıqlandı – YENİLƏNİB

Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.

Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.

Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.

Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilib.

Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.

***17:53

Sumqayıt Tibb Mərkəzi körpə ölümü ilə bağlı məlumat yayıb.

Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Globalinfo.az-a verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

“Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib”, – deyə açıqlamada bildirilib.

Əlavə olunub ki, Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib:

“Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib”.

***15:43

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.