sumqayit qatar

Bu gün Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının 20 dəqiqə gecikməsi həqiqəti əks etdirmir.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, qatar cəmi 4 dəqiqə dayanmaqla hərəkətini davam etdirib:

“Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam etdirib”.

***10:35

Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarı yolda qalıb.

Globalinfo.az bildirir ki, söhbət Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən qatardan gedir.

Hazırda qatarın Biləcəri yaxınlığında yolda dayandığı bildirilib. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib. Nəticədə 20 dəqiqədən çox gecikmə olub.

Paylaş: