
Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Report-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, saat 13 radələrində 1966-cı il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
***15:24
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin”112″ qaynar xəttinə Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 kv.m olan mağazada metal qablarda yığılmış boyalar 120 kv.m sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
FHN-in “112” qaynar xəttinə Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
