Stoltenberqdən Ərdoğanın çıxışına REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük məsələsinə paralel olaraq Türkiyənin Avropa Birliyinə tam üzvlüyü mövzusunu gündəmə gətirib. 

Globalinfo.az xəbər verir ki, Ərdoğan bunun üçün Türkiyənin 50 ildir gözlədildiyini deyib.

NATO-nun Baş katibi Yens Stoltenberq Ərdoğanın fikirlərini dəstəklədiyini bildirib.

“Türkiyənin Avropa Birliyinə tam üzvlük istəyini dəstəkləyirəm”, – o qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az