Stoltenberq Ermənistanda qalmaqallı əraziyə endi – FOTO

NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanda səfərdədir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

İrəvanın Zvartnots hava limanında (Rusiya hərbçilərinin çıxarılmasının müzakirə olunduğu – red.) NATO-nun baş katibini Ermənistanın müdafiə nazirinin müavini Hraçya Sərkisyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıblar.

Onun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyü bildirilir.

Qeyd edək ki, Y.Stoltenberq bundan öncə Azərbaycan və Gürcüstana səfər edib.

Ayşən Mustafa
Globalinfo.az