Stokholmda minlərlə müsəlman aksiya keçirib

Stokholmda Quranın yandırılmasına qarşı aksiya keçirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

Məlumata görə, İsveçin bir neçə müsəlman təşkilatının təşkil etdiyi aksiyada 3-4 min nəfər iştirak edib.

Məlumata görə, “Quranımızı yandırmağı dayandırın” adlı aksiyada iştirakçılar iyunun 28-də Quranın yandırılmasını mlli düşmənşiliyi alovlandırmaq məqsədini daşıdığını bildiriblər.