ABŞ və Britaniyadan husilərə növbəti zərbə

İngiltərə və ABŞ Yəmənə növbəti dəfə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Məsira” telekanalı məlumat yayıb.

Məlumata görə, Yəməndəki Husilərin Hudeyda əyalətində “Ras İsa” limanı ərazisindəki mövqeləri hücuma məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilmir.

Əliyar Xəlil
Globalinfo.az