Xəbər verdiyimiz kimi, bu gün “Space” televiziyasına yeni baş direktor Ayaz Mustafayev təyin edilib.
Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb.
Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.