IMG 4331


İsveç hökuməti son onilliklərin ən genişmiqyaslı hərbi çağırış kampaniyasını həyata keçirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, ölkədə 9 mindən çox şəxsin silahlı qüvvələrə cəlb edilməsi planlaşdırılır.

Bildirilib ki, çağırışçıların təxminən 5 mini artıq avqustun əvvəlindən etibarən döyüş hazırlığı üzrə təlimlərə başlayacaq. Təlimlərin İsveç Silahlı Qüvvələrinin şəxsi heyətinin artırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıdığı qeyd olunur.

Yeni çağırış 18 yaş və daha yuxarı olan İsveç vətəndaşlarını əhatə edəcək. Hərbi xidmət müddətinin isə 9 aydan 12 aya qədər davam edəcəyi bildirilir.

Qeyd edək ki, İsveçdə məcburi hərbi xidmət 2010-cu ildə ləğv edilib, lakin son illərdə Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi fonunda ölkə hərbi hazırlığını gücləndirmək istiqamətində addımlar atır və çağırış sisteminin əhatə dairəsini genişləndirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: