SON DƏQİQƏ! Türkiyədə 6-cı şiddətli zəlzələ oldu – VİDEO / YENİLƏNDİ

21:16

Bu gün Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mənbəyi 16 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

***

Hatay bölgəsində daha bir güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların maqnitudası 6,4 bal gücündə qeydə alınıb.

Zəlzələ 16 km dərinlikdə olub.

***

Hatay bölgəsində baş verən güclü zəlzələdə bir çox bina dağılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda bildirilib ki, 6 fevralda baş verən zəlzələdə zədəlnmiş bir çox bina dağılıb.

Qeyd edək ki, zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.

***

İki güclü zəlzələdən təxminən 15 dəqiqə sonra daha iki yeraltı təkan qeydə alınıb.

Sonrakı zəlzələlər 5 baldan yuxarı olub.

***

Bir neçə dəqiqə öncə qısa intervalla Hatayda 5,2 və 4,3 bal gücündə növbəti zəlzələlər baş verib.

***

Hatayda 4,3 bal gücündə daha bir zəlzələ olub.