SON DƏQİQƏ: Separatçılar arasında gərginlik – Vardanyandan Arutyunyana ağır sözlər

Qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Araik Arutyunyanla bağlı ittihamları ermənilər arasında ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Vardanyan sosial şəbəkə hesabında video paylaşaraq Arutyunyanı Xankəndidəki erməniləri aldatmaqda ittiham edib.

O deyib ki Arutyunyan bir neçə dəfə istefa verəcəyini desə də,daha sonra bunu təkzib edən açıqlamalar verərək insanlara yalan danışıb:

“Yaranmış vəziyyətə görə ən böyük məsuliyyəti daşıyan Araik Arutyunyan gec-tez ona ünvanlanan bütün suallara cavab verməli olacaq.

6 ay əvvəl vəzifədən gedəndə dedim ki, əgər prezident doğrudan da döyüşməyə hazırdırsa, lider və ali baş komandan olmağa hazırdırsa, hamımız onun yanında olmalıyıq. Təəssüf ki, nə rəhbər, nə də komandir ola bildi”.

Ayşən Mustafa
Globalinfo.az