1675533650 1673097639 qeza

Bu ilin üç ayında respublikanın avtomobil yollarında ölümlə nəticələnən 158 yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az DİN-in saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 183 nəfər ölüb, 106 nəfər isə xəsarət alıb.

Ötən ay ərzində isə yol-nəqliyyat hadisələri nəticəsində 60 nəfər ölüb.

Bütün faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş: